“ABŞ sülhdən yanadırsa…”Millət vəkili

31

“ABŞ-ın dövlət katibi Blinkenin Azərbaycan Prezidenti cənab İlham Əliyevə zəngi, fikrimcə, ilk növbədə Nensi Pelosinin Ermənistana səfəri zamanı ölkəmizlə bağlı səsləndirdiyi əsassız, qərəzli ittihamın doğurduğu mənfi atmosferi neytrallaşdırmaq məqsədi daşıyırdı”.

Elchi.az-ın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev FB hesabında bildirib:

“Əgər ABŞ Blinkenin bildirdiyi kimi regionda sülhdən yanadırsa, onda Ermənistandakı revanşistləri yeni qarşıdurmalara həvəsləndirən addımlar atmamalıdır. Amma təəssüf ki, biz son zamanlar bunun tam əksini görürük”.

Şayəstə