ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi qondarma “erməni soyqırımı” haqqında danışarkən İrəvanın maraqlarına zidd fikirlər səsləndirib.
Azvision.az xəbər verir ki, diplomat soyqırımı cinayətləri konvensiyasının 1951-ci ildə qəbul edildiyini xatırladaraq, bu məsələnin hüquqi əsasının olmadığını bildirib.“Bu hadisə isə 1915-ci ildə baş verib. Və konvensiyanın hüquqi baxımdan geriyə qüvvəsi yoxdur”.
ABŞ səfirinin açıqlaması Ermənisyanda birmənalı qarşılanmayıb. “Luys” İnformasiya və Analitik Mərkəzinin rəhbəri Ayk Ayvazyan amerikalı diplomatı səsləndirdiyi fikirlərə görə tənqid edib.
“Bununla da ABŞ bəyan etmiş oldu ki, biz “erməni soyqırımını” tanımağa hazırlaşmırıq və heç vaxt hazır olmayacağıq. Çünki ABŞ üçün indi konvensiyanın hüquqi baxımdan geriyə qüvvəsi yoxdursa, bu heç vaxt geriyə təsir gücündə olmayacaq. Səfirin sözlərinə görə, Türkiyə ABŞ-ın dəyərli müttəfiqidir, həmçinin Ankara NATO-da Vaşinqton üçün müttəfiq sayılır. Ermənistanın KTMT-yə üzvlüyü isə ABŞ-ın göstərə biləcəyi hərbi yardımlara çox ciddi məhdudiyyətlər qoyur.
Qısası, ABŞ-ın rəhbərlik etdiyi Qərb dünyası ermənilərə “soyqırımı”nın tanınmasını unudun, Rusiyadan imtina edin, Türkiyə ilə barışıq qurun deyir”.
Xatırladaq ki, C.Bayden aprelin 24-də 1915-ci il hadisələri ilə bağlı çıxışında “soyqırım” sözündən istifadə edib.