“Qərbin sanksiyaları Rusiyaya qarşıdır, amma onun nəticələri Ermənistana da təsir edə bilər”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Con Heffern erməni mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, əgər Ermənistan narahatdırsa, bu barədə düşünməlidir.
Azərbaycan-Ermənistan təmas xəttindəki sakitliyə də toxunan səfir bildirib ki, tərəflər buna əməl etməlidir.
“Onlar problemin nizama salınmasının sülh yolunu tapmağa çalışacaqlar. Hesab edirəm ki, bununla bağlı ciddi irəliləyişə nail olacaqlar”, – deyə C. Heffern bildirib.