ABŞ rusiyalı nazirə viza vermədi

41

ABŞ Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevə BMT-nin polis xidmətləri rəhbərlərinin iclasında iştirak etmək üçün viza verməyib.

Elchi.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“Amerika tərəfinin hərəkətləri ucbatından Rusiya daxili işlər naziri Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyətinin sammitdə iştirakı pozulub. Rusiya nümayəndə heyətinə sadəcə olaraq viza verilməyib. Bu, ABŞ tərəfindən BMT-nin Baş Qərargah Sazişindən irəli gələn öhdəliklərinin növbəti kobud şəkildə pozulmasıdır”, – Nebenzya bildirib.