ABŞ ordusunun generalı Azərbaycana GƏLDİ

34

ABŞ Ordusunun Avropa və Afrikadakı komandanının müavini, Milli Qvardiyanın general-mayoru Maykl Uikman Azərbaycanda səfərdədir.

Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi tviter hesabında qeyd edib.

Səfər zamanı o, hərbi tibb və kibertəhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə edəcək.