ABŞ-la İrəvanın maraqları üstə-üstə düşmür – Xaçatryan

48

Yüksək səviyyəli xarici nümayəndələrin Ermənistana səfərləri yaxşıdır, lakin Pelosinin Rusiya və İrana eyham vurduğunu nəzərə alsaq, onlar bizim üçün qəbuledilməzdir.

Elchi.az xəbər verir ki, bunu Erməni İnqilab Federasiyası Bürosunun nümayəndəsi Akop Ter-Xaçatryan deyib.

“ABŞ nümayəndə heyəti öz maraqlarını, daha doğrusu, Ermənistanın maraqları ilə üst-üstə düşməyən maraqları müdafiə edəcək, xüsusən də söhbət İranla münasibətlərdən gedirsə. Ermənistan-İran münasibətləri bu gün ən mühüm həlqələrdən biridir”, – o bildirib.