ABŞ-ın Türkiyədəki diplomatik idarələri müvəqqəti bağlanır

1
   ABŞ-ın Türkiyədəki diplomatik idarələri müvəqqəti bağlanır

ABŞ-ın Türkiyədəki səfirliyi və konsulluğu mümkün etiraz aksiyaları səbəbindən “təhlükəsizlik tədbirləri” qismində bazar ertəsi və çərşənbə axşamı günləri bağlı olacaq. Bu barədə diplomat nümayəndəlik məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Prezidentinin “erməni soyqırımı” ilə bağlı bəyanatından sonra nümayiş və yaxud etiraz aksiyaları keçirilə bilər. Bu səbəbdən ABŞ-ın Ankaradakı səfirliyi, İstanbuldakı baş konsulluğu, Adanadakı konsulluğu və İzmirdəki konsulluq agentliyi aprelin 26-si və 27-də işləməyəcək.

Xatırladaq ki, Co Bayden 1915-ci il hadisələrindən danışarkən “soyqırımı” sözünü işlədib. Baydenin açıqlaması Türkiyədə kəskin etirazla qarşılanıb.