ABŞ-ın birinci xanımı koronavirusa YOLUXDU

48

ABŞ prezidenti Co Bayden avqustun 16-da verdiyi açıqlamada ölkənin birinci xanımı Cill Baydenin koronavirusa yoluxduğunu deyib.

Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, Co Bayden həyat yoldaşının koronavirus testinin müsbət cavablandırıldığını, onun yüngül simptomlar daşıdığını və ən azı beş gün təcrid olunacağını söyləyib.

Prezident bildirib ki, bazar ertəsi COVID-19 üçün test mənfi nəticə verdikdən sonra axşam saatlarında birinci xanımda soyuqdəymə əlamətləri görünüb. O, sürətli antigen testi üçün yenidən mənfi nəticə alıb, lakin PCR testi müsbət çıxıb.

Ağ Evin Mətbuat xidməti Cill Baydenin iki dəfə peyvənd edildiyini və ona koronavirusa qarşı iki gücləndirici iynə vurulduğunu və buna görə də birinci ledidə yalnız orta dərəcədə simptomların olduğunu bildirib.

“ABŞ-ın birinci xanımı tibbi göstərişə əsasən, ən azı 5 gün başqalarından təcrid olunacaq”, – deyə məlumatda qeyd edilib.

Hazırda Cill Bayden Cənubi Karolinadakı şəxsi iqamətgahındadır.