ABŞ-ı dayanması üçün xəbərdar etdik – Ryabkov

1

Amerikalılara xəbərdarlıq etmişik ki, buradakı personalımızın sayını daha da azaltmaqdan çəkinsinlər.

Elchi.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Biz bunu istəmirik, amma eyni dildə cavab verməməyimiz mümkün deyil. İşçilərin sayının daha da azalmaması üçün onlara dayanmaları üçün xəbərdarlıq etdik”, – deyə Ryabkov bildirib.

Qeyd edək ki, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov 30 yanvar 2022-ci ildə 27 rusiyalı diplomatın ailələri ilə birlikdə ABŞ-ı tərk edəcəyini açıqlamışdı.