ABŞ Ermənistandakı səfirini Rusiyaya göndərir

37

ABŞ-ın Rusiyadakı diplomatik missiyasına hazırda bu ölkənin İrəvandakı səfiri Lin Treysi rəhbərlik edə bilər.

Elchi.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Treysi bundan əvvəl Rusiyada işləyib. O, 2014-2017-ci illərdə Moskvadakı səfirin müavini vəzifəsində çalışıb.

Daha sonra Dövlət Departamentində Rusiya məsələləri üzrə baş məsləhətçi vəzifəsində işləyib, 2019-cu ildə isə İrəvana səfir təyin edilib.