ABŞ dövlət katibi Berlinə səfər edib

2

ABŞ dövlət katibi Entoni Blinken Berlinə gedib.

Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays “Twitter”də bildirib.

“Dövlət katibi Rusiyanın gərginliyi azaltmaq üçün hərəkətə keçməyəcəyi halda bu ölkə üçün nəticələri müzakirə etmək üçün Avropadakı müttəfiqləri ilə görüşəcək. Biz Ukraynaya dəstək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızın yayındayıq”, Ned Prays qeyd edib.

E. Blinken Berlində Almaniya, Fransa və Böyük Britaniya nümayəndələri ilə danışıqlar aparacaq.

Qeyd edək ki, E. Blinken sabah Berlindən Cenevrəyə yola düşəcək və burada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.