ABŞ-dan Ukraynanın sürətli hücumu ilə bağlı açıqlama

38

Ukrayna ordusunun əks-hücumunun uğuru ABŞ-ı təəccübləndirmədi, lakin Rusiya ordusu üçün gözlənilməz oldu.

Elchi.az xəbər verir ki, bunu Pentaqonun nümayəndəsi general Pit Rayder deyib.

“Məncə, bu hücumların uğuruna yalnız ruslar təəccübləndi. ABŞ ilk gündən Ukrayna ordusunun döyüş qabiliyyətlərini müşahidə edib. Ona görə də onların bu qədər sürətlə irəliləməsi bizim üçün təəccüblü deyil. Ukrayna hərbçiləri döyüş meydanında onlara verilən hərbi imkanlardan yararlanıb. Qərb silahları da əks-hücumun uğurunda rol oynayıb”, – o bildirib.