ABŞ Ukraynaya əlavə olaraq 368 milyon dollar humanitar yardım göndərəcək.
Elchi.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken tviter səhifəsində yazıb.
O qeyd edib ki, ABŞ-ın Ukrayna xalqı qarşısında öhdəliyi qətidir.
“Birləşmiş Ştatlar Ukraynadakı insanlara və Rusiyanın amansız müharibəsi zamanı təhlükəsizliyə görə ölkələrini tərk etmək məcburiyyətində qalan qaçqınlara dəstək olmaq üçün əlavə humanitar yardım şəklində təxminən 368 milyon dollar ayırır”, – deyə Blinken bildirib.