ABŞ-dan geri addım – Rusiya terror siyahısına salınmayacaq

39

Ağ Ev Rusiyanın terrorizmi maliyyələşdirən ölkələr siyahısına daxil edilməsi təşəbbüsünü məhsuldar hesab etmir.

Elchi.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

O, Vaşinqtonun qərarının qəti olduğunu qeyd edib. Jan-Pyer vurğulayıb ki, Rusiyanın bu siyahıya əlavə edilməsi Ukraynanın özü üçün gözlənilməz nəticələrə səbəb ola bilər.

“Prezidentin özünün dediyi və düşündüyümüz kimi, bu, irəliləmək üçün ən təsirli və güclü vasitə deyil. Rusiyanı terrorizmin himayədarı kimi tanımaq Ukrayna və dünya üçün gözlənilməz nəticələrə səbəb ola bilər”, – sözçü deyib.