ABŞ-dan bunu daha sərfəli şərtlərlə almaq istəyirik – Ərdoğan

49

Türkiyə ABŞ-dan mayeləşdirilmiş təbii qazı daha sərfəli şərtlərlə almaq istəyir.

Elchi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Gələcəkdə biz ABŞ-dan daha çox və daha yaxşı şərtlərlə qaz almaq istəyirik. Və malik olduğumuz müasir infrastruktur sayəsində biz bu mayeləşdirilmiş təbii qazın region ölkələrinə çatdırılmasında əməkdaşlığa hazırıq. Biz ABŞ-da altıncı ən böyük enerji idxalçısıyıq. Türkiyə enerji təhlükəsizliyi, çatdırılma marşrutları, mənbələrin şaxələndirilməsi baxımından əsas rol oynayır. Enerji sektorunda mövcud beynəlxalq vəziyyəti nəzərə alsaq, qarşımızda əməkdaşlıq üçün mühüm imkanlar açılır. Yeni mayeləşdirilmiş təbii qaz terminallarının tikintisi, son illərdə bu sahəyə qoyulan böyük investisiyalar sayəsində ABŞ Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilib”, – o bildirib.