ABŞ-da qasırğa 600 min evi işıqsız qoydu

72

ABŞ-ın Miçiqan və İllinoys ştatlarında güclü qasırğa səbəbindən elektrik stansiyalarının fəaliyyəti müvəqqəti8175 dayandırılıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, nəticədə 600 min ev işıqsız qalıb.

 

 

Mənbənin məlumatına görə, qasırğa nəticəsində bir qadın üzərinə ağacın aşması nəticəsində ölüb. Daha bir kişinin də təbii fəlakətin qurbanı olduğu bildirilir.

 

Qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.