ABŞ Çexiyaya pulsuz helikopterlər verəcək

54

ABŞ Çexiyaya səkkiz ədəd “Bell” hərbi helikopteri verəcək.

Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Praqadakı səfirliyi məlumat yayıb.

Çexiya Sovet dövründən qalma texnikanı, o cümlədən helikopterləri Ukraynaya ötürməklə öz ordusunun modernləşdirilməsini sürətləndirməyə çalışır.

“Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri bizim aydın və sarsılmaz mövqeyimiz öz bəhrəsini verir”, – müdafiə naziri Yana Çernoxova deyib.

ABŞ səfirliyi “Twitter”də bildirib ki, daha əvvəl sifariş edilmiş 12 helikopterdən əlavə, daşınma və təkmilləşdirmə xərcləri istisna olmaqla, helikopterlər pulsuz veriləcək.