ABŞ Azərbaycanın regional lider olmaq səylərini dəstəkləyir

16

sekuta“Kibertəhlükəsizlik problemi kifayər qədər yüksəkdir və bu milli təhlükəsizlik problemidir. Bu problem ABŞ-da da çox aktualdır”.

“Trend”-in xəbərinə görə, bu barədə ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ATƏT-in Bakı Layihə Əlaqələndiricisi ofisi, Azərbaycan XİN, ABŞ səfirliyinin dəstəyilə ” İnformasiya dövründə Milli Təhlükəsizlik” mövzusuna həsr olunmuş konfransda çıxış edərkən bildirib: “Bu təhlükələr tez-tez olur. Prezident Obama da bu sahənin daha da güclənməsi ilə bağlı sərəncam imzalayıb”.

Səfir qeyd edib ki, bu tədbirin keçirilməsilə Azərbaycan bu sahəyə böyük töhfə verir. O bildirib ki, Azərbaycan kommunikasiya strategiyasında regional liderə çevrilməyə çalışır və ABŞ bu sahədə Azərbaycanı dəstəkləyir: “Biz öz natiqlərimizi gətirmişik ki, onlar öz təcrübəsini sizinlə bölüşsün. Düşünürük ki, ölkələrimizin bu sahədə əməkdaşlığı davam edəcək”.