ABŞ Avropadakı enerji böhranından faydalanır – Çin

66

Ukraynadakı vəziyyətin təşəbbüskarı olan ABŞ hazırda Avropadakı enerji böhranını izləyərək, bundan fayda və böyük miqdarda gəlir əldə edir.

Elchi.az xəbər verir ki, bu barədə Çin XİN-in nümayəndəsi deyib.

“Ukrayna böhranının eskalasiyası yarım ildən artıqdır ki, uzanır. Bu isə bir daha sübut edir ki, ABŞ və Qərbin birtərəfli sanksiyaları problemi həll edə bilmir. Əksinə, onların yan təsirləri və nəticələri davamlıdır”, – o bildirib.