ABŞ atışmaların dayandırılmasını alqışlayır

49

ABŞ Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır və sabitliyin təmin edilməsi üçün tərəflərlə işləməyə davam edəcək.

Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken tvitter səhifəsində yazıb.

“Birləşmiş Ştatlar Cənubi Qafqaz üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir”, – deyə o bildirib.