ABŞ-a yeni səfir təyinatı İrəvanda etiraz doğurdu

3

Erməni politoloq Suren Surenyan ABŞ-a yeni səfir təyinatını tənqid edib.Azvision.az xəbər verir ki, o, Ermənistanın ABŞ-a təcrübəsiz bir qadını səfir təyin etməsini uğursuz addım kimi qiymətləndirib.

“Əmin olun ki, Lilit Makunçun ABŞ-a səfir göndərilməsi Vaşinqtonda çox mənfi qarşılanacaq. Başqa sözlə, İrəvan Vaşinqtona siqnal göndərir ki, Ermənistan-Amerika münasibətləri onun üçün heç bir əhəmiyyət daşımır. Səfirlik isə dövlət imtiyazlarına sahib uzunmüddətli turizm məkanına çevrilir. Diplomatiyada sıfır təcrübəyə malik olan insanı ABŞ kimi bir ölkəyə necə səfir təyin etmək olardı axı?”, – deyə politoloq Ermənistan rəhbərliyinə iradlarını bildirib.

Qeyd edək ki, Lilit Makunçun ABŞ-a səfir təyin edilməsi Ermənistanda etirazla qarşılanıb. Politoloqlar təcrübəsiz diplomatın ABŞ-da rəsmi İrəvanı təmsil edə bilməyəcəyini deyirlər.