ABŞ 28 kubalıya qarşı viza məhdudiyyəti tətbiq etdi

63

Amerika Birləşmiş Ştatları Kuba Kommunist Partiyasının yüksək vəzifəli şəxsləri və dövlətin media nümayəndələri də daxil olmaqla 28 Kuba vətəndaşına ölkəyə giriş məhdudiyyəti qoyub.

Elchi.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, bu şəxslər zorakı, ədalətsiz həbslərə, qondarma ittihamlarla məhkəmələrə və yüzlərlə etirazçıya onilliklərlə həbs cəzası verilməsinə və ya onlara şərait yaratdıqlarına görə sanksiyaya məruz qalıblar.

Sanksiyalar həmçinin dövlət mediasında işləyən, kubalıların məlumatı sərbəst əldə etmək imkanlarını məhdudlaşdıran və dezinformasiya yayan şəxslərə də şamil edilib.