ABŞ ərəb ölkəsinə 2 milyard dollarlıq raket satdı

30

ABŞ Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) THAAD adlı hava hücumlarından müdafiə sistemi üçün raketlərin satılmasına razılıq verib.

Elchi.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Müqavilənin dəyəri 2.2 milyard dollardır. Müqaviləyə raketlərlə yanaşı texniki yardım və ehtiyat hissələr də daxildir.

Məlumata görə, Konqresin də razılıq verməsindən sonra silah satışı başlayacaq.

Qeyd edək ki, ABŞ-dan alınan THAAD sistemləri ilə BƏƏ Yəməndəki husilərin hücumlarının qarşısını alır.