Abituriyentlərin nəzərinə: DİM yeni məlumat YAYDI

64

Ali və orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahan komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Bu barədə Elchi.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qabiliyyət imtahanı komissiyalarının siyahısı Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.

Digər komissiyalar üzrə buraxılış vərəqələrinin yerləşdirilməsi haqqında məlumat veriləcək.

İmtahana gələn abituriyentlər aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

  • imtahana buraxılış vərəqəsini;
  • sağlamlıq haqqında arayışı (086U formalı tibbi arayış);
  • şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

  • Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların şəxsi səhifələrində “İmtahan proqramı” forması yerləşdirilib. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

Gecikən abituriyentlər imtahana buraxılmayacaq.