Avropa Birliyi Rusiyanı beynəlxalq pul köçürmələri sistemi olan SWIFT-dən xaric etməyə qərar verə bilməyib.
Axar.az-ın xəbərinə görə, bu barədə “Röyter” agentliyinə qurumdakı mənbədən informasiya sızdırılıb. Mənbənin verdiyi məlumata əsasən, Avropa Birliyi qadağanı və Moskvanın kənarlaşdırılmasını radikal addım sayıb.
Qeyd edək ki, SWIFT beynəlxalq banklararası telekommunikasiya sistemidir. 210 ölkədən yüz minə yaxın maliyyə təşkilatının iştirak etdiyi bu sistem vasitəsi ilə gün ərzində 6 trilyon dollara yaxın ödəmələr həyata keçirilir. Rusiyanın özü ayrılıqda bənzər sistemin yaradılması üzərində ilkin addımlar atmışdı.
Avropa Birliyinin belə qərarı Rusiya iqtisadçılarının rahat nəfəs almasına səbəb olub. Ukrayna hadisələrinə görə bu qadağanın tətbiqi Kremlə ölümcül zərbə olardı.
– See more at: http://axar.az/news/28383#sthash.cYbzs7Tu.dpuf