97 yaşlı Böyük Vətən müharibəsi əlili Nurəddin Əbdürrəhman oğlu Cəfərov redaksiyamıza müraciət edib.
Lent.az-ın xəbərinə görə, 2014-cü ildən maşın növbəsində dayanan qocaman veteran bu arzusunun həyata keçməsini istəyir və əlaqədar qurumlardan dəstək gözləyir: “4 ildir maşın növbəsindəyəm. Növbəmin çatacağına ömür vəfa edəcəkmi, bilmirəm. Bunu çox arzulayıram. Bir neçə il qabaq prezident İlham Əliyevin Böyük Vətən Müharibəsi əlillərinin maşınla təminatı ilə bağlı çıxışı olmuşdu. O çıxışdan bəri maşın alacağım günü səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, N. Cəfərov 1921-ci ildə dünyaya gəlib. 2-ci qrup Böyük Vətən müharibəsi əlilidir. 52 il prokurorluq orqanlarında işləyib.
Onunla bağlı Lent.az-da yazı da gedib.
“Ölüm mühasirəsindən qaçış, erməni tapançasıyla qətl, Bağırovun cinayət işi… – CANLI TARİX DANIŞIR” adlı yazının linkini təqdim edirik: