“Bu günə qədər “YAŞAT” Fondu təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 176 və yaralıların 39 müraciəti olmaqla ümumilikdə 215 müraciəti təmin edib”.
Elchi.az xəbər verir ki, bununla bağlı “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair mətbuat konfransında məlumat verib.
E.Hüseynovun sözlərinə görə, Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri 254 637.99 manat vəsaiti qarşılanıb:
“Təhsil haqqı qarşılanan 94 şəxsin ödənişini Fond, 72 şəxsin isə ödənişini Fondun təşəbbüsü ilə təhsil müəssisələri qarşılayıb”.
“Ötən tədris ilində rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı – 2000 AZN təsis edilib. İndiyə qədər 47 şəxsə (29 şəhid ailə üzvü və 18 yaralı) 2000 AZN vəsait köçürülüb”, – “YAŞAT”ın rəhbəri vurğulayıb.