İyulun 16-da və 17–də ölkə ərazisində qeydə alınan cinayətlərdən 90-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 8-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Elchi.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 33, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.