Bu il Azərbaycanda ölənlərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən (DSK) Elchi.az-a verilən məlumata görə, ölkədə cari ilin yanvar-may ayları ərzində 28098 ölüm halı qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 6,8-ə düşmüşdür.