45 saata ölən erməni əsgər

21

ermeni_orİrəvandan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə əsgərliyə aparılmış Noryar Sahakyanın 2 gün sonra ölməsi məhkəmə işinə səbəb olub. 

ANS PRESS-in məlumatına görə, hadisə 2012-ci il dekabrın 21-də baş verib. İrəvandakı mərkəzi səfərbərlik məntəqəsində peyvənd edilən Sahakyanın iki saatdan sonra temperaturu qalxıb. Amma buna baxmayaraq onu Qarabağ yola salıblar.

Saakyanın anası Karine Mnasakanyan oğlunun ölümünə səbəb olmuş bir neçə şəxsi – səfərbərlik məntəqəsinin həkimi Karen Culakyanı, onu Qarabağa aparmış yefreytor Varujan Manasyanı, Xocalı hospitalının növbətçi həkimi Arkadi Çaxoyanı və infeksiya şöbəsinin müdiri Mqer Davidnyansı məhkəməyə verib.

Ekspert Qaqik Arutyunyan bildirib ki, oğlanın temperaturu 39,6 dərəcəyə qalxıb, buna görə də həkim onu rentgenə göndərməli idi. Onun sözlərinə görə, bu, pnevmoniyanın sürətli inkişafına səbəb olub. Əsgərin atası Nver Saakyan isə bildirib ki, həmin gün Xocalı hospitalında həkim olmayıb, yalnız bir tibb bacısı növbətçilik edib.

Serj Sarkisyan rejimi bu cür məhkəmə işlərinin gündəmə gəlməsini istəmir. Çünki erməni analar Ermənistanda hakimiyyəti ələ keçirmiş “Qarabağ” klanına haqlı olaraq sual verir: “Ermənistanda anadan olmuş Norayr Saşakyanın Azərbaycan ərazisində nə işi var və niyə orda ölməlidir?”.