400 hərbi maşın Krımdan Xersona göndərildi

46

Gecə saatlarında 400-ə yaxın hərbi maşın Simferopoldan çıxaraq Cankoy magistralı ilə Xersona tərəf hərəkət edib.

Elchi.az xəbər verir ki, bunu Krım Tatarları Məclisinin sədri Refat Çubarov deyib.

Onun sözlərinə görə, hərbi maşınlar Simferopolun Aqmescıt rayonu ərazisindəki hərbi hissədən çıxıblar.

Çubarob qeyd edib ki, Feodosiya istiqamətindən gələn tanklar, BTR-lər Simferopoldaklı Abdal rayonunda formalaşdırılaraq yola salınıb.