“Qərb hesab etmək olar ki, Rusiyanın çökdürülməsinin alqoritmini elə dəqiq hesablayıb ki, Putinin fəaliyyət planları bu alqoritmlərlə birə-bir uyğun gəlir”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib:
“Ukrayna prezidenti Volodimir Zelenskinin prezident seçilməsi bu alqoritmin əsas həlledici hissəsinin fəaliyyətə keçməsinin açar nöqtəsi idi. Prezidentlik kompaniyasına 3 il əvvəldən başlanılan seçki morofonu necə dəqiqliklə bitmişdisə, Rusiyanın Ukraynaya hücum edəcəyi də elə dəqiq bilinirdi. Rusiyanın Ukraynada uzun müddətli hərbi bataqlığa düşəcəyi, məcbur səfərbərliyə gedəcəyi, daxili etirazların baş qaldıracağı, sanksiyaların tətbiqinin əvvəlcədən elan edilməsi və s. bu alqoritmin dəqiq işlədiyini göstərdi.
Putinin referendumla Krımdan sonra yeni əraziləri də Rusiyaya qatmaq istəyi və nüvə təhdidi etməsinin bu alqorimdə hesablanması necə olar?
Krım presidentindən sonra digər ərazilərin referendumla Rusiyaya qatılmasını proqnoz etmək elə də çətin məsələ deyildir. Əslində bu, ciddi şəkildə heç nəyi dəyişmir. Dünya birliyinin bunu qəbul etməyəcəyi aydın məsələdir və bu ərazilərdə də döyüşlərin dayanması qeyri-mümkündür. Bu durumu bəhanə edib taktiki nüvə hədəsi edən Putinin real olaraq nüvə silahı işlədə bilməsi variantı isə əslində, yüzdə-yüz qeyri-mümkün reallıqdır. Buna tək Putindən başqa bir neçə adamın da qərar verdiyini nəzərə alsaq, Putinin ağlını belə itirdiyi və buna əmr verdiyini hesab etsək, heç bir normal düşüncəli insanın öz sərhəddində nüvə silahı tətbiq etmək kimi ağılsız bir hərəkətə gedəcəyini fikirləşməyin özü belə ağılsızlıq olar. Nüvə silahı tətbiqi tək silah olmaqdan çox radiasiya baxımından tətbiq edilir. Heç bir ağılsız dövlət başçısı belə öz sərhəddində və öz ordusunun, sərhəd vətəndaşlarının da bunun təsir radiusunda qalacağını bilə-bilə bu silahı tətbiq etməz və ya bunu tətbiq etmək istəyənə də imkan verməzlər.
Bu baxımdan, bu alqoritmdə nüvə tətbiqi ssenarisi yoxdur. Zatən NATO Rusiyaya bu durumda bütün işğal edilən ərazilərin bombalaması və Qara dənizdəki Rusiya flotunun məhv ediləcəyi mesajını verməklə bir daha çəkindirici xəbərdarlığını edib.
Alqoritmin son bölümü Rusiyanın daxili qarşıdurmaların meydanı olmasına hesablanıb. Putin də bunu yaxşı bildiyi üçün daxili qoşun növlərini cəbhəyə göndərmir, çünki daxili cəbhə də döyüş cəbhəsi qədər vacib önəm daşıyır ki, Putinin ən çox ehtiyat etdiyi də daxili cəbhədir. Onların zəifləməsi Rusiyanın dağılmasına səbəb olar. Nahaq yerə Putin demirdi ki, Rusiyada 2000 dən çox potensial münaqişə ocağı var. Bunların alovlanması Rusiyanın sonu olar”.
Yeganə