“Quru sərhədlər bağlandığı gün bir çox dostlar sosial şəbəkələrdə və ya digər platformalarda məsələyə fərqli yanaşmalar ortaya qoydu”.
Elchi.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Rusif Məmmədsoy FB hesabında qeyd edib:
“Elə həmin gün Reaksiya TV-nin efirində olarkən sərhədlərin niyə bağlandığına dair öz fərziyyələrimi bölüşmüşdüm. Birinci və əsas iddiam o idi ki, antiterror əməliyyatları başlayacaq. Nəticədə qısa zaman sonra bu baş verdi. İkinci səbəb kimi İran amilini qeyd etmişdim. O da özünü doğrultdu deyə bilərik. İran faktiki şəkildə Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edərək daxildə bizi “narahat” etmək istəyirdi. Bunun da qarşısını aldıq. Üçüncü iddiamla bağlı proses hələ ki, başlamayıb. Səbəbi də məlumdur. O da baş tutduqdan sonra sizlərlə bölüşəcəm.
Dostlar, anlamalıyıq, bilməliyik ki, çox çətin bir prosesdən keçirik. Bu mərhələni adlamaq üçün əl-ələ verməliyik, bir olmalıyıq. Növbəti proqnozumu da bir neçə həftə vermişəm və yenə də təkrar edirəm. Növbəti savaşa hər mənada hazır olmalıyıq. Savaşı qaçılmaz hesab edirəm və bu dəfəki alışdığımız günlük, qısa əməliyyatlar kimi olmaya bilər. Bu mərhələni birlikdə, SONUNCU və HƏLLEDİCİ qələbə ilə yekunlaşdırmalıyıq…”.
Şayəstə