“Paşinyan yeni müharibənin başladılmasını hədəfləyir…”-Politoloq

48

“Paşinyanın BMT BA’da çıxışı və Blinkenlə görüşləri onu deməyə əsas verir ki, O, yeni müharibənin başladılmasını və ardınca Rusiyanın Ermənistandan çıxarılmasını hədəfləyir”.

Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu FB hesabında qeyd edib:

“Paşinyan çıxışını bütövlüklə Azərbaycanı dünya qarşısında aqressor kimi qələmə verib.
Çıxışı zamanı Paşinyan Azərbaycanı Ermənistan ərazisini işğal etməkdə günahlandıraraq Bakının sülhü hədəfləmədiyini qeyd edib. ABŞ da Qərbin xoşuna gəlmək üçün, O, son hadisələri Azərbaycanın Ermənistandakı demokratik suveren dövlət quruculuğunu boğmaq kimi dəyərləndirib. Eyni zamanda, bu fonda Rusiyanı fəaliyyətsizlikdə ittiham edib. Bu azmış kimi, Nikol sərhəddə monitoringin aparılması üçün beynəlxalq müşahidəçilərinin cəlb edilməsinin vacibliyinə toxunub. Paşinyan Üçtərəfli bəyanatda Zəngəzura məhz dəhliz statusunun verilməsi ilə bağlı ifadənin olmamasını da bəyan edib.
Nikol Paşinyanın Nyu Yorkdakı çıxışı müharibə riskini artıran çıxış kimi yadda qaldı. Ermənistan demarkasiya və dəhliz məsələsində nəticəyə hazır olmadığını sübut etmiş oldu. Halbuki, müxtəlif mənbələrin məlumatına görə 9 noyabr tarixində yazılı şəkildə Üçtərəfli Bəyanat kimi öhdəlildən başqa Paşinyanın Putinə verdiyi “kişi sözü” də var. Həmin şifahi razılaşmaya görə daxili auditoriyanı çaşdırmaq üçün Bəyanatda “maneəsiz” ifadəsi yer almışdı və anklavlar məsələsi ikinci versiyada sənəddəb çıxarılmışdı. Paşinyan anklavlar da daxil olmaqla tez bir zamanda demarkasiyaya gedəcəyini və koridor statusunda Zəngəzur xəttini açaçağına söz vermişdi.
Uzun sözün qısası, 2 il baş verənləri qoyaq kənara və hazırda Ermənistanın nə etmək istədiyi ehtimalları haqqında düşünək. Belə görünür ki, Ermənistan ərazisində Rusiya faktorunu minimallaşdırmaq və ABŞ ın Qafqazdakı əsas dayaq nöqtəsi olmasını hədəfləyir. Paşinyan verdiyi vədlərə əməl edilməməsinin həm Azərbaycan, həm də Rusiya tərəfindən cəzalandırılması riskini də çox yaxşı bilir.
Beləcə, Ermənistan Azərbaycanın Naxçıvana və Göyçə gölünə qədər hərbi əməliyyatlar keçirməsinə zəmin və şərait yaradır. Xadırladım ki, 1920 – ci ildə Ararat Respublikası SSR nin tərkibinə daxil olarkən Qərbi Zəngəzur və Göyçə bölgələri Azərbaycan ərazisi idi və sərhəd xətti qərbdə idi.
Hər halda, son hadisələr ABŞ, Aİ, İran, Türkiyə, Rusiya arasında Qafqaz uğrunda mübarizəni qızışdırır və regionu qeyri- sabit nöqtəyə çevirə bilər. Paşinyanın yürütdüyü siyasət qanların axıdılmasına yönəlib. O, bölgədə ikinci cəbhə açaraq Ermənistanı birdəfəlik Qərbə inteqrasiya etmək niyyətindədir”.

Şayəstə