2 azərbaycanlı aksiya zamanı güllələnib öldürüldü

53

Cənubi Azərbaycanın Zəncan şəhərində iki azərbaycanlı gənc hökumət məmurları tərəfindən öldürülüb.
Elchi.az “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki, onların hökumət qüvvələrinin açdığı atəş nəticəsində yerindəcə keçindikləri bildirilir.
Mehdi Musəvi və Mehrdad Qurbani adlı gənclər sentyabrın 21-i axşam saatlarında Zəncan şəhərində keçirilən aksiyalar zamanı güllələnərək öldürülüblər.
Xatırladaq ki, son günlər baş verən etiraz aksiyaları zamanı çox sayda insanın güllələnərək qətlə yetirilməsi ilə bağlı fərqli rəqəmlər bildirilsə də, indiyədək hökumət qüvvələri tərəfindən öldürülən 23 nəfərin kimliyi təsdiqini tapıb. İnsan haqları təşkilatları ağır yaralıların çox olduğu üçün ölü sayının artacağı ehtimalının yüksək olduğunu bildirirlər.
Qeyd edək ki, Məhsa Əmini adlı 22 yaşlı qız bir neçə gün öncə ölkənin “Əxlaq” polisi tərəfindən hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilib. Bu səbəblə ölkə miqyasında etiraz aksiyaları keçirilir.