Özbəkistana gəlsəydi, Əsədin üzünə deyərdim – Ərdoğan
Bəşər Əsəd Özbəkistana gəlsəydi, onunla görüşərdim.
Elchi.az xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatı sammitində iştirak etmək üçün Özbəkistanda səfərə getməzdən öncə AKP-nin qapalı toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Hurriyyət”in yaydığı məlumata görə, Ərdoğan partiyadaşlarına bildirib:
“Onun mövqeyinə görə Suriya parçalanmaq üzrədir. Hakimiyyətini saxlamaq üçün müxalifətlə müharibəyə getdi. İdarə etdiyi sahələri qorudu, amma böyük torpaqları qoruya bilmədi. Özbəkistana gəlsəydi, bunları onun üzünə deyərdim. Biz o zaman ona “belə etsəniz, Suriya parçalanacaq” demişdik. Amma bizim xəbərdarlıqlarımıza məhəl qoymadı, ABŞ-ın, Rusiyanın ölkəyə girəcəyini düşünmədi”, – Ərdoğan bildirib.
Azərbaycan bu ölkə ilə müdafiə sazişi imzaladı
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib. Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib....