İrəvan təslim olmağa hazırdır

37

“Paşinyan sənəd imzalamaq niyyətini onun istefası tələbi ilə etirazlar başlandıqdan sonra təkzib etdi: erməni baş nazir 10 noyabr bəyanatının imzalanmasından sonra yaşanan hadisələrin təkrarını istəmir, təkzibi də daxili rəyə hesablanıb”.

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı Feysbuk hesabında bildirib:

“Hərçənd, bir neçə saat öncə Nikol bu haqda açıq mətnlə danışmışdı və döyüşlərin nəticəsi fonunda da Ermənistanın çətin vəziyyətə düşdüyünü deməyə əsas verir.
Birincisi, həm canlı qüvvə, həm texnika olmaqla böyük itkilər veriblər: Nikol 105 itkidən danışsa da, real sayın bunun bir neçə qatı olduğu bəllidir; yüzlərlə erməni hərbçinin əsir götürüldüyünə, o cümlədən, çoxsaylı qənimət əldə edildiyinə dair görüntülər var;
İkincisi, Azərbaycan ordusu böyük ölçüdə irəliləyib: Paşinyan 10 kvadratkilometr olduğunu deyir;
İndi İrəvanı kapitulyasiyaya bərabər sənəd imzalamaq xilas edə bilər, Paşinyan bunu anlayır. Onu da anlayır ki, başladıqları “hərbi kampaniya”nın əsas hədəfi olan beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqinə nail ola bilməyəcək, proses bəyanatlardan uzağa getməyəcək.
Bu kontekstdə Nikolun bir neçə saat öncə sənədlə bağlı verdiyi açıqlama reallıqdan xəbər verir.
Paşinyan bildirdi ki, Ermənistan tərəfi sənəd imzalamaq istəyir. Bu sənədə görə onları satqın adlandıracaqlar, hakimiyyətdən uzaqlaşdırmağa çalışacaqlar, lakin Ermənistanın təhlükəsizliyini, davamlı sabitliyini və sülhü təmin etmək üçün bunu etməlidirlər.
Nikol əlavə edir ki, Azərbaycan ordusunun de-fakto dayandığı ərazilər daxilində ərazi bütövlüyünü tanımağı tələb etsə, razılaşmayacaqlar.
Bu o deməkdir ki, İrəvan Bakının 5 şərti əsasında sülh müqaviləsinə razıdır, əvəzində Ermənistanın nəzarət etdiyi 29,8 min kvadratkilometr ərazini qorumağa çalışır: bununla SSRİ dövründə ermənilərə verilən Azərbaycan torpaqlarını da saxlamaq istəyir;
Bakının bununla razılaşmayacağı bəllidir və bundan sonra Ermənistanın çıxış yolu ikinci məğlubiyyət sənədinə imza atmaqdır”.

Yeganə