Paşinyan “hərb və sülh”ün kodlarını açır

33

“Brüssel danışığından dərhal sonra, hələ təxribatlar başlamamış hərbi əməliyyatların qoxusu gəlirdi. Fikrimcə, Nikol Paşinyanın bugünkü açıqlamalarının qayəsi “hərb və sülh” kodlarının açılmasıdır”.

Elchi.az-ın məlumatına görə bu fikirləri siyasi şərhçi Aqşin Kərimov FB hesabında bildirib:

“Diqqət ediləsi məqam: Paşinyan danışıqlardan öncə daxili auditoriyanın emosional ehtiyaclarını təmin etmək üçün fərqli danışır. Danışıqlardan sonra isə bir başqa tövrün müəllifinə çevrilir. Bu davranışdan sonra hərbi əməliyyatlar gedən dövr kəsiyində fərqli olur.
Üzərindən az keçməmiş isə Paşinyan leksikonunu dəyişir və sülhə etdiyi vurğuları gücləndirir. Bu cür buqələmunluq ənənəvi erməni bicliyi ilə yanaşı, Azərbaycanın danışıqlardakı tələblərinin miqyasını da göz önünə sərir”.

Yeganə