“Son 2 gündə cəmiyyətdə və sosial şəbəkələrdə sual verilir ki, bu əməliyyatların məqsədi nə idi? Nə əldə etmək istəyirdik? Nə üçün oldu?
Bəzən mürəkkəb görünən suallara cavablar o qədər sadə və aydın olur ki, insanlar onu görmək istəmirlər, anlamırlar, hansısa konspirasiyalar və böyük oyunlar axtarırlar”.
Elchi.az xəbər verir ki, bu barədə politoloq Fuad Çıraqov FB hesabında qeyd edib:
“Məqsəd deyəndə isə hansısa hədəfləri nəzərdə tuturlar. Yəni, hansısa olduğun yerdən qabağa doğru irəliləyiş kimi. 2020-ci ildən və Qarabağ daxilində avqust əməliyyatlarından sonra belə təəssürat yaranıb ki, hansısa hərbi əməliyyat olursa mütləq gözəçarpan bir mövqelər əldə edilir.
Məqsəd isə həmişə nəsə irəliləyiş deyil, bəzən daha önəmlisi o olur ki, əlində olanları qoruyub saxlayasan və mövqelərini verməyəsən.
Məqsəd sözünü işlətməklə əvvəlcədən insanlar digərlərini yalnış düşüncəyə də yönəldirlər. Sanki, eskalasiyanın və ya müharibənin təşəbbüskarı və baiskarı bizik. Biz heç vaxt müharibənin baiskarı olmamışıq, müdafiə olunmuşuq, 30 il səbrlə gözləmişik və sonra da bizə aid olanı qaytarmışıq. Bunun əksini deyənləri aşağıda qeyd elədiyim yerə göndərirəm.
Yəni, deməyim odur ki, sonuncu eskalasiyanın səbəbkarı kimi bizi göstərən ağılı başında olan insanları iki qrupa bölürəm. Ya anlamır, bu təbiidi, çünki informasiya kasaddı və vakumudu. İnformasiya vakumunda tutulmağını anlayıram və ötən illərin təcrübəsi onu göstərir ki, bəzən bunun çox böyük strateji və taktiki faydaları olur. Mənfi tərəfi o olur ki, əsassız spekulayasıyalara yol açır. Ya da bilə-bilə məqsəd sözünü bizə yükləməklə …. Burda həmin insanlara salamlarımı göndərdim, xoşuna gəlmədisə blok etsinlər məni və sonra da gedib pivələrini içsinlər.
Əlqərəz, uzun sözün qısası, mənim əsas deməyim odur ki, bu eskalasiyanın təşəbbüskarı və səbəbkarı həqiqətən biz olmamışıq. Biz cavab vermişik. Həddindən artıqmı olubmu? Bəlkə də, amma bir dəfə belə eləməsən daha pis olacaq sonrası. Yeni, strateji mövqelər əldə etmişik, bəli, gələcək təhlükəsizlik və itgilərin qarşısını almaq üçün lazımdır ki, olub.
Bunun üçün Ermənistanın ərazisi daxilində hərbi obyektləri vurmuşuqmu? Bəli, əcəb eləmişik. Əcəb işdi valla. Qarabağ daxilində ermənilər təxribat edəcək, rus sülhməramlılarının arxasında gizlənəcək ki, heç nə edə bilməyəcəyik. Edəcəyik. Ermənistan ərazisindən təxribatlar və hücumlar edəcəklər ki, KTMT-nin çətiri altındadırlar, biz cavab verə bilməyəcəyik. Getdi o zamanlar, edəcəyik.
İndi gələk nə üçün ermənilər bu təxribata getdilər. Cavab çox sadədir. 2020-dən sonra Ermənistan və Azərbaycan arasında danışıqların iki platforması və vasitəçisi var: Rusiya və Aİ. Azərbaycanın vecinə deyil, hansı istiqamətdə irəliləyiş olacaq. Hər iki format daxilində əldə edilən ilkin addımlarla bağlı razılıqları Ermənistan yerinə yetirmir və yetirmək istəmir. Keçən il Mosva formatı daxilində 2021-ci ilin aprelinə qədər kommunikasiyaların açılması ilə bağlı razılıq əldə edilmişdi, etmədilər. Bu il apreldə Brüsseldə əldə edilən razılıq əsasında ayın sonuna müəyyən addımlar atılmalı idi, yenə etmədi ermənilər. Bir neçə gün əvvəl dedilər ki, Azərbaycana Naxçıvan üçün heç bir korridor verməyəcəklər, amma özləri üçün Laçından korridor sanki bunların haqqıdır.
Bu ilin avqustun əvvəlində 3 tərəfli razılaşma ilə Laçını və digər yaşayış məntəqələrini qaytarmalı idilər. Xoşluqla vermədilər, vurduq, məcbur etdik və aldıq. Bax burdan bu gün baş verənlərlə bağlı əsas məsələnin kökü başladı.
Belə ki, artıq real olaraq Laçından keçən korridorun tam bağlanması və ya Azərbaycan gömrüyü və sərhədçilərinin nəzarətinin tətbiqi reallaşmağa yaxınlaşdı.
Laçın, eləcə də Kəlbəcər və korridor o qədər böyük məsələdir ki, çox böyük geosiyasi əhəmiyyətli məsələdir deyərdim. Qarabağda ermənilərin mövcudluğu, münaqişənin gələcəyi, Ermənistanın iddiaları bu bölgələrdən asılıdır, nəfəs borusudur, şah damarıdır. Nəfəs borularını daha da sıxdıq avqustun əvvəlində, ona görə boğulan adam kimi bu sonuncu çırpıntıları edirlər. Ona görə də o qədər olan var yox silahlı qüvvələrini tökmüşdülər. Ona görə də son vaxtlar təxribatlarının sayı artmışdı. Ona görə də bu qədər çox şəhid verdik, sözün əsl mənasında var gücləri ilə hazırlaşmışdılar.
Danışıqlarda diplomatik masada hər iki formatda dalana dirənmişdilər. Öz anlayışlarında nəsə edib 2020-ci ilin reallığını dəyişib, “yeni reallıq” yaratmaq və sahədə reallığı dəyişib ona uyğun danışıqlarda yeni şərtlərlə çıxış etmək istəyirdilər. Alınmadı. Yəni, əgər hərbçi deyilsinizsə, diplomatik müstəviyə baxın, orda kı, hər şey ortadadı. Çünki, necə deyərlər hərb diplomatiyanın güc vasitəsilə davamıdır.
Azərbaycan əlində olan 100 erməninin cəsədini geri qaytararaq Ermənistanı atəşkəsə çağırdı. Biz müharibədə maraqlı deyilik, çünki məqsədimizə sülhlə və diplomatiya ilə çatırdıq axı”.
Şayəstə