Tacikistanda hərbi dronların istehsalı üzrə zavod quran İran bunu Ermənistanda da gerçəkləşdirə bilərmi?

40

“İran rəsmiləri Ermənistanla sinxron formada fəaliyyət göstərir.
Azərbaycanın erməni təxribatlarına qarşı cavab tərbirləri başlayan anda, heç bir dəxli olmadığı halda İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Tehranın Azərbaycan və Ermənistan arasında gərginlikdən narahat olduğunu deyərək “sərhədlərin dəyişdirilməsinin əleyhinə olduqlarını” bildirib”.

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz FB hesabında bildirib:

“İran mediası da guya Azərbaycanın hücum etdiyini açıqlamaqla Ermənistanla müttəfiq olduqlarını bir daha göstərdilər.
Ümumiyyətlə, erməni mediasından görmək olardı ki, İkinci Qarabağ savaşından sonra Ermənistan və İran arasında əlaqəlar, birgə toplantılar, birgə görüşlər, inteqrasiyalar hədsiz güclənib.
Ermənistan texnologiyalar və innovasiyalar sahəsində də İranla tam işbirliyindədir.
İran bu ölkədə bir neçə texnoloji mərkəzlər açıb.
Ötən ay İranda Rusiya, Belarus və maraqlıdır ki, həm də Ermənistanın iştirakı ilə dron üzrə hərbi təlimlər, yarışlar keçirilib.
Cari ilin may ayında isə İran Tacikistanda hərbi dronlar istehsal edən müəssisənin açılışını edib.
Maraqlıdır ki , bu gün Ermənistan baş naziri Paşinyan parlamentdə çıxış edərkən yeni hərbi texnikaların alınmasından danışıb.
İstisna etmirəm ki, İran da Rusiyanın etdiyi kimi pulsuz və güzəştli silah və hərbi texnikanı , hərbi texnologiyaları Ermənistana verməkdə maraqlıdır.
Yəni, Qafanda konsulluq açan İran, İrəvanda dron zavodu açmaqdan da çəkinməz.
Son zamanlar hər iki ölkə arasındakı texnoloji iş birliklərinin güclənməsi düşünmək üçün əsas verir ki, Ermənistan öz ərazisində silah istehsalı, xüsusən dron istehsalında İran texnologiyalarından istifadəyə ciddi maraq göstərir.
Xatırlayıram ki İkinci Qarabağ savaşı zamanı İran ərazisindən Ermənistana silah daşınmasını əks etdirən videomateriallar yayılmışdı.
Rusiya da İran üzərindən Ermənistana silah göndərirdi.
Beləliklə, indiki durumda, İranın tələm-tələsik “qırmızı xətt” açıqlaması verməsindən görünür ki, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi və sərhədləri möhkəmləndirməsi onları qane etmir”.

Yeganə