“Azərbaycanın Müdafiə Nazirliyi son günlər Göyçədən Azərbaycan ordusunun Kəlbəcərdəki mövqelərinin atəşə tutulduğunu bildirir. Xəbər verilir ki, sentyabrın 5-i axşam saatlarında da Basarkeçərin Yuxarı Şorca və Əzizli kəndlərindən ordumuzun Kəlbəcər rayonunun Zivel və Yellicə yaşayış məntəqələri yaxınlığındakı mövqelərinə müxtəlif növ silahlardan atəş yağdırılıb”.
Elchi.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev Feysbuk hesabınd qeyd edib:
“Qarşı tərəf isə son vaxtlar işlətdiyi taktikaya uyğun olaraq Azərbaycan Müdafiə Nazirliyinin yalan xəbər yaydığını, atəşkəsin pozulmadığını, eyni zamanda bir hərbçilərinin- kiçik serjant Arman Sarqsyanın ölümcül yaralandığını açıqlayıb.
Beləliklə, bu faktın özü də Ermənistanın diplomatiya müstəvisindəki nala-mıxa vurmalarının təmas xəttində də davam etdirildiyini göstərir. Bu qəbildən hərəkətlərin nəyə aparıb çıxaracağı isə Vladivostoka səfərə hazırlaşan Paşinyanla, onun silah-sursat dalınca ABŞ-a göndərdiyi müdafiə naziri Papikyana sirr olmasın gərək”.
Şayəstə