195-ci gün: Rusiyanın itkiləri açıqlandı

51

Ukrayna müharibənin 195-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 50 150 hərbçi, 2077 ədəd tank, 4 484 ədəd zirehli döyüş maşını, 1 179 ədəd artilleriya sistemi, 296 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 156 hava hücumundan müdafiə sistemi, 236 ədəd hərbi təyyarə, 207 ədəd helikopter, 3 305 ədəd avtomobil texnikası, 876 ədəd PUA, 209 qanadlı raket, 15 gəmi/qayıq, 109 xüsusi avadanlıq itirib.