Azerbaijan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) geofizika elminin inkişafında böyük xidmətləri olmuş geologiya-mineralogiya elmləri doktoru, professor Rəsmi Əsəd oğlu Abdullayevin anadan olmasının 90 illik yubileyi qeyd edilib. Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq mərhum alimin həyat və yaradıcılığına qısaca nəzər salıb. Bildirib ki, R.Abdullayev 1924-cü ildə dünyaya göz açıb, 1944-cü ildə orta məktəbi bitirərək Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə daxil olub. 1949-cu ildə Qubkin adına Moskva Neft İnstitutunun geofiziki kəşfiyyat metodları kafedrasında aspiranturaya qəbul edilib. O, 1954-cü ildə Moskvada dissertasiyasını müdafiə edərək geofizika ixtisası üzrə geologiya-mineralogiya elmləri namizədi adını alıb. 1973-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib.
Yubiley tədbiri R.Abdullayevin digər tələbələri, dostları və doğmalarının çıxışları ilə davam edib. Unudulmaz alimi sevimli müəllim, ziyalı vətəndaş və qayğıkeş ailə başçısı kimi yada salan xatirələr dinlənilib. Məşhur azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sürəyya xanımın oğlu olan R.Abdullayevin genetik irsiyyəti haqqında maraqlı məlumatlar verilib, tərbiyə aldığı ailədən geniş bəhs olunub.
Sonda yubilyar haqqında görüntülü xatirələrdən ibarət sənədli film nümayiş etdirilib.