Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 19-20-də Rusiyada rəsmi səfərdə olacaq. N.Paşinyan Rusiyaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin və baş nazir Mixail Mişustinlə görüşəcək.
Vladimir Putinlə danışıqların gündəliyinə iki ölkə arasında strateji və müttəfiqlik münasibətlərinin inkişafı məsələsi daxildir. Müzakirə mövzularından biri Ermənistan, Rusiya və Azərbaycan dövlət başçılarının 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının icrası olacaq.
Putinlə danışıqlardan əlavə, Paşinyanın baş nazir Mixail Mişustin, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Federasiya Şurasının sədri Valentina Matvienko ilə görüşləri planlaşdırılır.
Beynəlxalq məsələlər üzrə mütəxəssis, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli məlum səfərlə bağlı fikirlərini Elchi.az-la bölüşüb.
Ə.Əlibəyli bildirib ki, Paşinyan Azərbaycanla münasibətlərin müəyyən edilməsindən çox, Rusiyanın ona qarşı təzyiq məqsədilə İrəvan və Qarabağda həyata keçirdiyi bəzi ixtilaflar maraqlıdır:
“Paşinyan Kremlin həmin ixtilaflara doğru yönəlik niyyətini müəyyən etməyə çalışacaq. Çünki Azərbaycanla sülh müqaviləsində də Rusiyanın mövqeyinin nədən ibarət olduğunu Ermənistan müəyyən etməlidir. Əslində rəsmi İrəvan dua edir ki, bu məsələdə məsuliyyət Rusiyanın üzərində olsun. Amma Rusiyanın məsuliyyət daşıması nə dərəcədə Ermənistan nöqteyi-nəzərindən mümkün olacağını zaman göstərəcək. Əlbəttə ki, Brüsseldəki görüşdən sonra Ermənistanın indiki məqamda Rusiyadan gələn son qərar nəticəsində məsələyə yekun münasibət bildirməsini müəyyən edəcəyik. Amma böyük ehtimalla Paşinyanın olan daxili təsirlərlə yanaşı, Rusiyanın Türkiyə və Azərbaycanla münasibətini də gözaltına almaqla Ermənistana sülh üçün onay verəcəyini deyə bilərik”.
Yeganə