Müharibə başlayan kimi Ermənistan hərbi aviasiya sistemlərinin 50 faizini, artileriyasının isə 40 faizini itirdi.
Elchi.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu qondarma rejimin “təhlükəsizlik şurasının katibi” və “müdafiə ordusunun” keçmiş komandanı Samvel Babayan erməni mediasına verdiyi açıqlamada deyib.
O qeyd edib ki, Azərbaycan hərbçiləri irəlilədikcə Ermənistan ordusunda çaxnaşma, qarışıqlıq baş alıb gedirdi:
“Ordumuz görəndə ki, düşmənə təzyiq göstərə, hücumunun qarşısını alıb yerində oturda bilmir, o zaman hərbçilərdə qorxu yaranaraq çaxnaşma baş qaldırırdı”.
Samvel Babayan qondarma rejimin “müdafiə ordusu”nun keçmiş komandanı olmuş Cəlal Arutyunyanın 19 yaşlı əsgərlərə leytenant rütbəsi verməsini anormal hal sayıb:
“Qaçanlar da var idi. Cəlal Arutyunyan 19 yaşlı uşağı tağım komandiri təyin etmək üçün ona leytenant rütbəsi vermək məcburiyyətində qalmışdı”.