13 yaşlı ana məktəblidir – RƏSMİ

44

13 yaşında ana olması ilə ölkə gündəmini silkələyən qız məktəblidir.

Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) Elchi.az-ın sorğusuna cavab olaraq bildirib.

Rəsmi məlumatda hazırda məsələylə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığı, 13 yaşlı ana ilə bağlı detalların açıqlanmasının işin gedişinə, eləcə də onun gələcək həyatına mənfi təsir edə biləcəyi nəzərə alınaraq, əlavə şərh verilməyib.

Qeyd edək ki, Bakıda 13 yaşlı qız ana olub. Anası öz qızından və doğulan körpədən imtina edib.