13 uşaq təhsildən yayındırılıb – RƏSMİ

34

İl ərzində qərəzli şəkildə təhsildən yayındırılan 13 uşaq müəyyən edilib.

Elchi.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova “İnsan alverinə qarşı mübarizə: fəaliyyət və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

T.İbrahimova qeyd edib ki, həmin məsələlər Komitə tərəfindən araşdırıb:

“Belə hallar aşkarlananda dərhal hərəkətə keçilir və müvafiq tədbirlər görülür. 2018-ci ildən repatriasiya olunan uşaqlarla bağlı da 3 aydan bir monitorinqlər aparılır. Elə uşaqlar da var ki, əxlaqsız həyat tərzi yaşayır, bəziləri cinsi zorakılığa məruz qalanlardır. Sığınacaqlar belə uşaqları qəbul etmək istəmirlər. Bu, ciddi problemdir”.