104 il öncə azad edilən BAKI

43

“Bu gün Bakının günüdür, Azərbaycan şəhərinə çevrildiyi gündür, Türkiyənin yardımı və dəstəyi ilə Bakı azad edilməsəydi, bəlkə də nə müstəqil Azərbaycan, nə də onun paytaxtı kimi Bakı şəhəri olmazdı”.

Elchi.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli FB hesabında qeyd edib:

“15 sentyabrda Bakı azad edilməsəydi bolşeviklər ən yaxşı halda Azərbaycanı muxtar vilayət kimi Rusiyanin tərkibinə qatacaqdı, Bakı azad edilməsəydi ADR-in qurucu babalarının məfkurəsi, bəlkə də, yarımçıq qalacaq, coğrafi ad olan Azərbaycan sözünü siyasi anlama çevirmək mümkün olmazdı – Allah Azərbaycanın vətənə, Bakının paytaxta çevrilməsinə, müstəqilliyin və ərazi bütövlüyünün təmin olunmasına görə son 150 ildə (Azərbaycan sözünün siyasi məfhuma çevrilməsi 19-cu əsrin ortalarından sonra başladı) canlarından keçən bütün Şəhidlərimizə rəhmət eləsin! Amin!”.

Şayəstə