Ukraynanın şərqində qəzaya uğrayan Malayziya sərnişin təyyarəsinin vurulmasında bütün şübhələr onun üzərinə yönəlib. Söhbət separatçıların lideri Rusiya vətəndaşı, “Strelkov” ləqəbli İqor Qirkindən gedir. Ukrayna təhlükəsizlik xidməti qəza zamanı separatçıların telefon danışığını dinləyib. Separatçıların qəza zamanı “hərbi təyyarəni vurduq” mesajı diqqəti məhz İqor Strelkova yönəldib. Onun əsas dəstəkçisi Rusiyadır. Kreml separatçıları silah və pulla təmin edir. ABŞ prezidenti Barak Obama, Almaniya dövlət katibi Angela Merkel, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan təyyarənin Rusiya tərəfindən vurulduğunu bildiriblər. Qəza ilə bağlı təhqiqat işləri başlayıb. Qara qutu araşdırılır. İyulun 17-də Ukrayna ərazisində vurulan təyyarənin göyərtəsində 298 adam olub. Onların hamısı qəzanın qurbanı olub. Azı 173 holland, 44 malayziyalı (o cümlədən 15 ekipaj üzvü və iki körpə), 27 avstraliyalı, 12 indoneziyalı, 9 britaniyalı həlak olub. Ölən sərnişinlər arasında Almaniya, Belçika, Filippin, Kanada və Yeni Zelandiya vətəndaşları da var.
Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb
Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...