“Azərbaycanla Ermənistan arasında iki vasitəçi var – Rusiya və Avropa İttifaqı. Brüssel və Moskva Azərbaycanla Ermənistan arasında kommunikasiya xətlərinin açılmasını, sərhədlərin müəyyənləşməsini, sülh sazişini və əsirlər mövzularını müzakirə edirlər”.
Elchi.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Feysbuk hesabında bildirib:
“Bu mövzuların heç birində ciddi irəliləyiş olmasa da, əsas odur ki, Brüssel və Moskva Qarabağ mövzusuna toxunmur, Minsk qrupunun adını çəkmirlər. Bunun özü maraqlarımıza cavab verir. Vasitəçilik uğrunda Moskva ilə Brüssel arasındakı rəqabət də maraqlarımıza xidmət edir. Biri ləng tərpənəndə, o birisinin üstünlüyündən istifadə etmək mümkündür”.
Yeganə